Yaponiyada hakim partiyanın lideri seçkiləri keçiriləcək

Yaponiyada hakim partiyanın lideri seçkiləri keçiriləcək Bu gün Yaponiyada hakim Liberal-Demokrat partiyasının lideri postuna seçkilər keçiriləcək.
Digər ölkələr
14 Sentyabr , 2020 07:58
Yaponiyada hakim partiyanın lideri seçkiləri keçiriləcək

Bu gün Yaponiyada hakim Liberal-Demokrat partiyasının lideri postuna seçkilər keçiriləcək.

“Report” xəbər verir ki, seçkilər partiyanın qərargahında təşkil olunacaq və qalib şəxs ölkənin yeni baş naziri olacaq.  

Seçkilərin keçirilməsi üçün əsas hökumət rəhbəri S.Abenin səhhəti ilə əlaqədar istefaya getməsindən sonra yarandı. Seçkilərdə üç namizəd var: Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa, partiyanın Siyasi Şurasının rəhbəri, keçmiş xarici işlər naziri Fumio Kisida və eks-müdafiə naziri Siqeru İsiba.

Y.Suqa seçkilərin favoriti hesab olunur. Ekspertlərin rəyinə görə, qalib gəldiyi təqdirdə Suqa keçmiş baş nazir S.Abenin siyasi kursunu davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi