Yuxarı

​Yaponiyada günvurmadan 5 min 500 nəfərdən çox insan xəstəxanaya yerləşdirilib

Ölkədə istilərdən 12 nəfər həyatını itirib

Bakı. 16 avqust. REPORT.AZ/ Yaponiyada son həftə ərzində günvurma nəticəsində 5 min 500-dən çox insan xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə ölkədə həm də fövqəladə hallar və təcili yardım xidməti kimi fəaliyyət göstərən Baş Yanğın İdarəsi məlumat yayıb.

Avqustun 8-dən 14-dək olan hesabat dövrü ərzində Yaponiyada istilər azalmağa başlayıb, bu səbəbdən xəstəxanaya yerləşdirilənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Eyni zamanda, ötən həftə ərzində heç bir insan ölümü qeydə alınmayıb, lakin bir həftə əvvəl isə 12 nəfər həyatını itirmişdi. Burada söhbət əksər hallarda yaşlı insanlardan gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi