Yaponiyada güclü yanğın zamanı 28 nəfər xəsarət alıb

Yaponiyada güclü yanğın zamanı 28 nəfər xəsarət alıb Yaponiyada güclü yanğın olub.
Digər ölkələr
17 Dekabr , 2021 07:10
Yaponiyada güclü yanğın zamanı 28 nəfər xəsarət alıb

Yaponiyada güclü yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Osaka şəhərində binalardan birində baş verib. Hadisə zamanı 28 nəfər xəsarət alıb. Qeyd edilir ki, onlardan 18-i huşsuz vəziyyətdədir.

Yanğın şəhər vağzalının əsas binası yaxınlığında olub. Binada klinika, gözəllik salonu, ingilis dili məktəbi və bir neçə ofis var. Ehtimal olunur ki, ziyarətçilər və klinika işçiləri bloklanıb və çölə çıxa bilməyiblər.

Polis hadisənin qəsdən törədilməsindən şübhələnir. Lakin bununla belə, hələlik hadisənin başvermə səbəbi barədə dəqiq məlumat yoxdur.

Yanğından dərhal sonra hadisə yerinə 30-dan çox yanğınsöndürmə texnikası gəlib. Alov yarım saat ərzində söndürülüb.

Son xəbərlər

Orphus sistemi