Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb Həmçinin bir çox ekspresslərin hərəkəti dayandırılıb
Digər ölkələr
17 Sentyabr , 2017 09:15
Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Yaponiya aviaşirkətləri ölkəyə yaxınlaşmaqda olan güclü "Talim" tayfunu səbəbindən reyslərin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıblar.

"Report" xəbər verir ki, yerli NHK telekanalının məlumatına görə, hazırda 570-dən çox reys təxirə salınıb.

Bundan əlavə, tayfun keçib gedənə qədər Kumamoto və Kaqosimo şəhərləri arasında ekspresslərin hərəkəti dayandırılıb.

Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar.

Son xəbərlər

Orphus sistemi