Yaponiyada güclü qara görə 124 aviareys təxirə salınıb

Yaponiyada güclü qara görə 124 aviareys təxirə salınıb Yaponiyada güclü qar yağdığına görə azı 124 daxili uçuş reysi təxirə salınıb.
Digər ölkələr
12 Yanvar , 2022 12:40
Yaponiyada güclü qara görə 124 aviareys təxirə salınıb

Yaponiyada güclü qar yağdığına görə azı 124 daxili uçuş reysi təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Məlumata görə, qar uçqunları səbəbindən 427 qatarın hərəkəti dayandırılıb.

Bildirilib ki, Yaponiyanın şimal rayonlarında ötən sutkada 70 sm-dək qar yağıb. Küləyin sürəti isə 40 m/san olub. Əlverişsiz hava şəraitinin yanvarın 14-dək davam edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi