Yaponiyada güclü qar səbəbindən səkkiz nəfər ölüb, yüzlərlə insan xəsarət alıb

Yaponiyada güclü qar səbəbindən səkkiz nəfər ölüb, yüzlərlə insan xəsarət alıb Yaponiyada güclü qara görə azı səkkiz insan həlak olub, daha 277 nəfər zərər çəkib.
Digər ölkələr
11 Yanvar , 2021 04:36
Yaponiyada güclü qar səbəbindən səkkiz nəfər ölüb, yüzlərlə insan xəsarət alıb

Yaponiyada güclü qara görə azı 8 insan həlak olub, daha 277 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisələrin əksəriyyəti damlar və ağaclar üzərində kristallaşmış qarın düşməsi ilə bağlıdır. Həmçinin qarın təmizlənilməsi zamanı ölüm, xəsarət halları baş verib.

Yerli hakimiyyətin fəaliyyəti nəticəsində ötən gün ərzində, ölkənin özünümüdafiə qüvvələrinin bölmələri də qarın təmizlənilməsinə cəlb edilib. Nəticədə çoxsaylı avtomobil tıxacları aradan qaldırılıb. Qeyd edilir ki, qara görə 1 000-dən çox nəqliyyat vasitəsi tıxacda qalıbmış.

Yaponiyada əlverişsiz hava ötən həftənin ortalarından davam edir. Daha əvvəl qarlara görə yerli aviaşirkətlər 500-dən çox reysi ləğv edib.

Son xəbərlər

Orphus sistemi