Yaponiyada “Fukusima-1” AES-də ciddi zədə aşkarlanıb

Yaponiyada “Fukusima-1” AES-də ciddi zədə aşkarlanıb Yaponiyanın şimal-şərqindəki “Fukusima-1” təcili nüvə elektrik stansiyasının operatoru TEPCO radioaktiv su üçün ALPS maye təmizləmə sistemindəki demək olar ki, bütün filtrlərin zədələndiyini açıqlayıb.
Digər ölkələr
14 Sentyabr , 2021 06:33
Yaponiyada “Fukusima-1” AES-də ciddi zədə aşkarlanıb

Yaponiyanın şimal-şərqindəki “Fukusima-1” təcili nüvə elektrik stansiyasının operatoru TEPCO radioaktiv su üçün ALPS maye təmizləmə sistemindəki demək olar ki, bütün filtrlərin zədələndiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Mütəxəssislər keçən ayın sonunda sistemdən radioaktiv suyun sızmasının qarşısını almalı olan filtrlərdən birinin zədələnməsini aşkar etdikdən sonra sistemdə genişmiqyaslı yoxlama aparılmışdı. Avadanlıqlara baxış keçirilərkən məlum olub ki, 25 filtrdən 24-ü zədələnib.

Telekanal qeyd edir ki, TEPCO hələ də ALPS sistemindən radioaktiv su sızması halları qeydə almayıb.

Bənzər problem iki il əvvəl stansiyada yaranmışdı. Lakin TEPCO nasazlığın səbəbini müəyyən edə bilməmişdi. Filtrlər dəyişdirildikdən sonra sistem işləməyə davam edib.

Son xəbərlər

Orphus sistemi