Bakı. 5 sentyabr. REPORT.AZ/ Yaponiyada “Cebi” fırtınası nəticəsində 3 minə yaxın insan Kansay Beynəlxalq Hava Limanında gecələməyə məcbur olub. Təbii fəlakət zamanı 11 nəfər ölüb, xəsarət alanların sayı isə 610 nəfəri keçib.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, ölkənin qərbində 1,3 milyon sakin elektrik enerjisiz təchizatından məhrum olub. Kansay Hava Limanı fəaliyyətini bərpa etməyib, 162 reys təxirə salınıb. Limanın uçuş-eniş zolaqlarında birini su basıb.
Bu, son 25 ildə Yaponiyada baş vermiş ən güclü fırtına sayılır.