Yaponiyada ev itlərində koronavirus aşkarlanıb

Yaponiyada ev itlərində koronavirus aşkarlanıb Virusun itlərə yalnız ağız təması ilə keçdiyi ehtimal olunur.
Digər ölkələr
4 Avqust , 2020 14:19
Yaponiyada ev itlərində koronavirus aşkarlanıb

Yaponiyada ev heyvanlarında koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı “CNN Turk” yayıb.

Bildirilib ki, iki ev itində keçirilən COVİD-19 testinin nəticəsi müsbət çıxıb. İtlərin koronavirusa yoluxan sahibləri təcriddə olduqları müddətdə onlar müvəqqəti baxım yerlərində saxlanılıblar. Firmadan vurğulanıb ki, itlərdə heç bir simptom müşahidə etməyiblər. Onlardan birinin testinin nəticəsi bir müddət sonra mənfi çıxıb.

Şirkət rəsmiləri virusun həqiqətən heyvanlara ötürüldüyünü söyləməyin hələ tez olduğunu qeyd ediblər. Virusun itlərə yalnız ağız təması ilə keçdiyi ehtimal olunur. Bununla belə, qəti bir diaqnoz üçün antikor testlərinin keçirilməsinin zəruriliyi də vurğulanıb.

Son xəbərlər

Orphus sistemi