Yaponiyada ev dustağı olan "Nissan" şirkətinin sabiq rəhbəri ölkəni icazəsiz tərk edib

Yaponiyada ev dustağı olan "Nissan" şirkətinin sabiq rəhbəri ölkəni icazəsiz tərk edib Tokioda ev dustağı olan Fransa-Yaponiya Renault-Nissan-Mitsubishi avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qon ölkəni icazəsiz tərk edib.
Digər ölkələr
31 Dekabr , 2019 04:49
Yaponiyada ev dustağı olan Nissan şirkətinin sabiq rəhbəri ölkəni icazəsiz tərk edib

Tokioda ev dustağı olan Fransa-Yaponiya "Renault"-"Nissan"-"Mitsubishi" avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qon ölkəni icazəsiz tərk edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları xəbəri təsdiqləyiblər.

Yaponiya Prokurorluğu Karlos Qonun ölkəni tərk etməsindən xəbərsiz olduğunu büruzə verib. "Biz bu barədə məlumatsızıq. Fakt yoxlanılır", - deyə prokurorluqdan bildirilib.

Daha əvvəl bir sıra KİV orqanları Qonun Livana getməsi barədə bildirib.

Qeyd edək ki, daha əvvəl Tokio Prokurorluğu "Nissan" avtoşirkətinin keçmiş rəhbəri Karlos Qonu həbs edib. Prokurorluğun nümayəndələri Qonun "Nissan"in vəsaitələrini şəxsi istifadəsi üçün qanunsuz mənimsəməsindən şübhələniblər. Məhkəmə şirkət rəhbəri barədə ev dustaqlığı qərarını çıxarıb. 

Son xəbərlər

Orphus sistemi