Yaponiyada leysan yağışları səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edilib

Yaponiyada leysan yağışları səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edilib Yaponiyanın yeddi prefekturasında Haqibis qasırğasının törətdiyi leysan yağışları səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edilib.
Digər ölkələr
12 Oktyabr , 2019 13:15
Yaponiyada leysan yağışları səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edilib

Yaponiyanın yeddi prefekturasında "Haqibis" qasırğasının törətdiyi leysan yağışları səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edilib.

Bu barədə "Report" NHK-ya istinadən xəbər verir.

Xəbərdarlıq Tokio, Naqano, Kanaqava, Saytama, Qumma, Yamanasi və Sidzuoka prefekturalarına aiddir.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində Tiba prefekturasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi