Yuxarı

Yaponiyada əlillər internatına hücum edənin kimliyi və motivi müəyyənləşib

Satosi Uematsu adam öldürməyə cəhd və məkana qanunsuz soxulma ittihamıyla həbs edilib

Bakı. 26 iyul. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokionun ətrafındakı əlillər internat məktəbində kütləvi qətllər törədən 26 yaşlı Satosi Uematsu 2012-ci ilin dekabr ayından bu müəssisədə çalışmış və şəxsi səbəblərə görə, bu ilin fevral ayında işdən ayrılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, S.Uematsu adam öldürməyə cəhd və məkana qanunsuz soxulma ittihamıyla həbs edilib. Müstəntiqlərin sözlərinə görə, o, məhdud imkanlı insanlara qarşı xoş rəftar etmir, onlardan xilas olmaq lazım gəldiyini iddia edirdi.

Qeyd edək ki, Saqamiharadakı əqli imkanları məhdud olan əlillər internatına hücum iyulun 26-na keçən gecə baş verib. Hücum zamanı 19 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Hadisənin üstündən təxminən bir saat keçəndən sonra S.Uematsu polis bölməsinə gələrək, törətdiyi hərəkətləri etiraf edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi