Yaponiyada deputat rüşvətə görə 4 il müddətinə azadlıqdan məhrum olunub

Yaponiyada deputat rüşvətə görə 4 il müddətinə azadlıqdan məhrum olunub Yaponiyanın paytaxtı Tokionun Dairə Məhkəməsi ölkə parlamentinin aşağı palatasının deputatı Çukasu Akimitonu rüşvətxorluq ittihamı üzrə 4 il müddətinə həbs cəzasına məhkum edib.
Digər ölkələr
7 Sentyabr , 2021 06:35
Yaponiyada deputat rüşvətə görə 4 il müddətinə azadlıqdan məhrum olunub

Yaponiyanın paytaxtı Tokionun Dairə Məhkəməsi ölkə parlamentinin aşağı palatasının deputatı Çukasu Akimitonu rüşvətxorluq ittihamı üzrə 4 il müddətinə həbs cəzasına məhkum edib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Bundan başqa, deputat icbari formada 7,58 milyon ien (təxminən 69 min ABŞ dollar-red) cərimə ödəməlidir. Prokurorluq öz növbəsində Akimitonu beş il müddətinə həbs cəzasına məhkum etməyi tələb edirdi.

Əvvəllər Liberl Demokrat Partiyasının üzvü olmuş deputat ödədiyi cərimə məbləğində rüşvətin alınması cinayətinə cəlb olunub. İstintaq onun qumar biznesində ixtisaslaşan Çin şirkətlərindən biri ilə əlaqələrini qeydə alıb.

Son xəbərlər

Orphus sistemi