Yaponiyada daşqın qurbanlarının sayı 25 nəfərə çatıb

Yaponiyada daşqın qurbanlarının sayı 25 nəfərə çatıb Onlarla adam itkin düşmüş sayılır
Digər ölkələr
11 İyul , 2017 08:15
Yaponiyada daşqın qurbanlarının sayı 25 nəfərə çatıb

Bakı. 11 iyul. REPORT.AZ/ Yaponiyanın cənub-qərbində yerləşən Küsü regionunda daşqınlar nəticəsində 25 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində onlarla insan itkin düşmüş sayılır.

Dövlət Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatına görə, torpaq sürüşməsi zərər çəkmiş regionun 44 yerində qeydə alınıb. Həmçinin 35 məntəqədə çay daşqını qeydə alınıb.

Bundan əvvəl, 18 nəfərin öldüyü bildirilirdi.

Son xəbərlər

Orphus sistemi