Yaponiyada daşqın qurbanlarının sayı 24 nəfərə çatdı

Yaponiyada daşqın qurbanlarının sayı 24 nəfərə çatdı Yaponiyanın cənub-qərbində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində&ölənlərin sayı 20 nəfəri ötüb.
Digər ölkələr
275
5 İyul , 2020 23:45
Yaponiyada daşqın qurbanlarının sayı 24 nəfərə çatdı

Yaponiyanın cənub-qərbində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb.

Bu barədə "Report" NHK telekanalına istinadən xəbər verir.

Məlumatlara görə, 24 nəfərin həlak olması təsdiq edilib, bundan başqa, 12 insan itkin düşmüş hesab edilir.

Yaponiyanın cənub-qərbindəki bəzi ərazilərdə son bir neçə gün ərzində yağıntının miqdarı 400 millimetrə çatıb.