Yaponiyada baş verən zəlzələdə 69 nəfər xəsarət alıb

Yaponiyada baş verən zəlzələdə 69 nəfər xəsarət alıb Bu gün Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində azı 69 nəfər xəsarət alıb, bir nəfər ölüb.
Digər ölkələr
122
16 Mart , 2022 23:00
Yaponiyada baş verən zəlzələdə 69 nəfər xəsarət alıb

Bu gün Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində azı 69 nəfər xəsarət alıb, bir nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Ciddi dağıntılar barədə məlumat verilməyib. Fukusima və Miyaqi prefekturalarında 130 minə yaxın ev işıqsız qalıb. Tokio da daxil olmaqla şərq prefekturalarında elektrik enerjisinin verilişi bərpa edilib.

Fukusima yaxınlığında 7,3 bal gücündə zəlzələ nəticəsində 1 m-ə qədər sunami təhlükəsi elan edilib.Bu günə qədər Miyaqi prefekturasında 20-30 sm hündürlüyündə dalğalar qeydə alınıb. Seysmoloqlar bir həftə ərzində yeraltı təkanlar barədə xəbərdarlıq edirlər.

Son xəbərlər

Orphus sistemi