Yuxarı

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3

Хəstəxanalara 2000-dən çox insan müraciət edib

Bakı. 16 aprel. REPORT.AZ/Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərdən çoxdur, 100 mindən çox insan təxliyə olunub. 

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 1000-dən çox sakin yaralanıb. 184 nəfərin vəziyyəti ağırdır. 

*** 14:02

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb, 100 mindən çox insan təxliyə olunub. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat verib.

Kumamoto və Outa prefekturalarında yerləşən xəstəxanalara 2000-dən çox insan müraciət edib. 

*** 08:35

Gecə saatlarında Yaponiyanın cənub-qərbində baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Kumamoto prefekturasının polis idarəsinin məlumatında bildirilir.

Beləliklə, son iki gün ərzində Yaponiyanın cənub-qərbində baş verən iki güclü yeraltı təkanlar nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa təcili keçirilən mətbuat konfransında bildirib ki, 80-dən çox insan xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır. Eyni zamanda 2 minə yaxın insan orta və yüngül dərəcəli zədə alıb.


*** 02:11

Aprelin 15-də Yaponiyanın Küsü adasının Kumamoto şəhərində baş verən növbəti yeraltı təkanlar nəticəsində 3 nəfər dünyasını dəyişib.

"Report" xəbər verir ki, təbii fəlakətdən 470 nəfər zərər çəkib.

Zəlzələnin gücü 7,1 bal olub.

Cümə axşamı eyni şəhərdə baş verən birinci zəlzələ nəticəsində 9 nəfər ölüb, mindən çox insan yaralanıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi