Yaponiyada avtomobil supermarketə girib, 14 nəfər yaralanıb - VİDEO

Yaponiyada avtomobil supermarketə girib, 14 nəfər yaralanıb - VİDEO Yaralılardan biri ölüm ayağındadır
Digər ölkələr
10 İyun , 2018 14:56
Yaponiyada avtomobil supermarketə girib, 14 nəfər yaralanıb - VİDEO

Bakı. 10 iyun. REPORT.AZ/ Bazar günü Yaponiyanın paytaxtı Tokiodan şimal-qərbdə yerləşən Sibukava şəhərində avtomobilin supermarketə girməsi nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.

Yaralılardan biri ölümcül vəziyyətdədir, daha 9 nəfər vəziyyəti isə ağırdır.

55 yaşlı sürücü xəsarət almayıb. O, hadisə yerində həbs olunub.

Son xəbərlər

Orphus sistemi