Yaponiyada avtomobil bir qrup məktəblini vurub

Yaponiyada avtomobil bir qrup məktəblini vurub Nəticədə 11 uşaq xəsarət alıb
Digər ölkələr
28 Oktyabr , 2016 07:31
Yaponiyada avtomobil bir qrup məktəblini vurub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Yaponiyada bir qrup məktəblinin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə İokoqamada, orta məktəbdən bir neçə yüz metr kənarda qeydə alınıb. Belə ki, 3 avtomobil qəza törədib. Yük maşınının avtobusla toqquşması zamanı minik avtomobili yolun kənarındakı məktəbliləri vurub.

Nəticədə 11 uşaq xəsarət alıb. Onlardan biri ağır vəziyyətdədir.

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi