Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanlar artır

Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanlar artır Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşdirilmiş ABŞ hərbi qulluqçuları koronavirusa azı 17 yeni yoluxma aşkarlanıb.
Digər ölkələr
804
2 Avqust , 2020 12:00
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanlar artır

Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşdirilmiş ABŞ hərbi qulluqçuları arasında koronavirusa azı 17 yeni yoluxma aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, yoluxma Kemp-Xansen bazasında 13 nəfərdə və Kemp-Kinser bazasında isə 2 hərbçidə qeydə alınıb. Bundan başqa, daha bir yoluxma Futemma təyyarə bazasında və Kadena aviabazasında aşkarlanıb. Beləliklə, Okinavada koronavirusa yoluxan ABŞ hərbçilərinin ümumi sayı 273 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi