Yuxarı

​Yaponiyada 66,5 min sakinin təxliyə edilməsi məsləhət görülüb

Belə leysan təxminən 50 ildən bir olur

Bakı. 13 iyul. REPORT.AZ/ Yaponiyanın cənub-qərbinə yağan leysan yağışlarına görə, yerli hökumət 66,5 min nəfəri təxliyə etməyi məsləhət görüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Kummamoto, Yamaquti, Naqasaki və Fukuoka bölgələrinin əhalisinin bir qisminin köçürülməsi təklif edilib.

İnformasiyaya əsasən, 48 saat ərzində Naqasaki bölgəsinə 300 mm-liyində yağıntı düşüb. Belə leysan təxminən 50 ildən bir olur.

Məlumata görə, adı çəkilən bölgələrin bəzilərində çayların səviyyəsi normanı aşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi