Yaponiyada 600 yaşı olan qala yanıb

Yaponiyada 600 yaşı olan qala yanıb Yaponiyada 600 il əvvəl tikilən Süri qalası yanıb.
Digər ölkələr
31 oktyabr 2019 08:53
Yaponiyada 600 yaşı olan qala yanıb

Yaponiyada 600 il əvvəl tikilən Süri qalası yanıb. 

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 30-dan 31-nə keçən gecə baş verib.  

Yanğının qalanın əsas bölməsindən başladığı ehtimal edilir. Qala tamamilə yanaraq kül olub. Hadisənin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Süri qalasının tikildiyi dəqiq tarix bilinmir. Onun Sanzan dövründə (1322-1429-cu illər) inşa olunduğu ehtimal edilir.

UNESKO bu tarixi abidəni dünyanın mədəni irsi siyahısına daxil etmişdi. 

Son xəbərlər

Orphus sistemi