Yuxarı

​Yaponiyada 6 saat dağıntılar altında qalan körpəni xilas etmək mümkün olub

Xilasedicilər uşağın səsini eşidiblər

Bakı. 15 aprel. REPORT.AZ/ Yaponiyanın Kumamoto şəhərində xilasedicilər 6 saat evin dağıntıları altında qalan 8 aylıq körpə uşağı çıxarmağı bacarıblar.

"Report" xəbər verir ki, onlar uşağın səsini eşidiblər və ardınca xilasetmə işləri bu istiqamətdə davam etdirilib.

Dağıntıların aradan qaldırılması üçün əraziyə tikinti texnikası cəlb olunub, uşağın həyatı uğrunda 50 nəfər mübarizə aparıb. Təqribən bir saatdan sonra uşaq havaya çıxarılıb. Zəlzələ zamanı körpə boşluq məkana düşdüyündən onun üzərində cızıq belə olmayıb.

Cümə axşamı Yaponiyanın Küsü adasında Rixter cədvəli ilə 6,5 gücündə zəlzələ baş verib. Onun episentri Kumamoto şəhəri yaxınlığına düşüb. Təbii fəlakət nəticəsində 9 nəfər ölüb, 760 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi