Yaponiyada 6 bala yaxın zəlzələ baş verib

Yaponiyada 6 bala yaxın zəlzələ baş verib Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat yoxdur
Digər ölkələr
23 Noyabr , 2017 23:55
Yaponiyada 6 bala yaxın zəlzələ baş verib

Bakı. 23 noyabr. REPORT.AZ/ Filippin dənizinin Yaponiyanın Rükü adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Naze şəhərinin 156 km şimal-şərqində, ocağı isə yerin 10 km dərinliyində qeydə alınıb.

Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi