Yaponiyada 6 bal gücündə zəlzələ olub

Yaponiyada 6 bal gücündə zəlzələ olub Yaponiyanın şərqində yerləşən İbaraki əyaləti sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Digər ölkələr
4 Avqust , 2021 10:01
Yaponiyada 6 bal gücündə zəlzələ olub

Yaponiyanın şərqində yerləşən İbaraki əyaləti sahillərində 6 bal gücündə zəlzələ baş verib.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, məlumatı Yaponiya Meteoroloji Agentliyi yayıb.

Bildirilib ki, yeraltı təkanlar Yaponiya paytaxtı Tokioda da hiss edilib. Zəlzələ Tokionun şimal-şərqində Sakit okean sahillərində yerləşən İbarakidə 40 km dərinlikdə baş verib.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.

Yeraltı təkanlar nəticəsində ölən, xəsarət alan və dağıntıların olub, olmadığına barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi