Yuxarı

Yaponiyada 6 bal gücündə zəlzələ olub

Yeraltı təkanların mərkəzi Aomori əyalətinin Xatınoxe dəniz limanından 185,7 km şərqdə yerləşib

Bakı. 20 avqust. REPORT.AZ/ Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mərkəzi Aomori əyalətinin Xatınoxe dəniz limanından 185,7 km şərqdə yerləşib.

Xəbərdə bildirilib ki, zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Təbii fəalkət nəticəsində dağıntı və itkilər barədə məlumat yayılmayıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi