Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6 bal gücündə zəlzələ baş verib Yeraltı təkanlar Miyako şəhərindən 170 kilometr şərqdə qeydə alınıb
Digər ölkələr
20 Avqust , 2016 20:52
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

Bakı. 20 avqust. REPORT.AZ/ Yaponiya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Miyako şəhərindən 170 kilometr şərqdə, İvate prefekturasında qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Meteoroloqların sözlərinə görə, 6 ballıq zəlzələ güclü hesab edilir və dağıntılarla, tələfatlarla nəticələnir.

Məlumata görə, həmin ərazidə 7 saat əvvəl daha bir yeraltı təkan qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi