​Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

​Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib Yeraltı təkanlar Naqano perfekturasında qeydə alınıb
Digər ölkələr
22 Noyabr , 2014 18:53
​Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

Bakı. 22 noyabr. REPORT.AZ/ Yaponiyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib.

"Report" xəbər verir ki, 6,8 bal gücündə yeraltı təkanlar Naqano perfekturasında qeydə alınıb.

Seysmoloqların sözlərinə görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub. Yeraltı təkanlar AES-in yerləşdiyi Fukusima daxil olmaqla, ümumilikdə 27 perfekturada hiss olunub.

Təbii fəlakət səbəbindən sürət qatarlarının hərəkəti dayandırılıb. İtki və dağıntılar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi