Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib Hökumət nümayəndələri binaların dağılacağı və yanğının baş verə biləcəyi təhlükəsi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
21 Oktyabr , 2016 11:14
Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Yaponiyanın Tottori prefekturasında 6,6 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ölkənin Meteoroloji Agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Amma sunami təhlükəsi yoxdur. 

İtki və dağıntı barədə məlumat olmasa da, hökumət nümayəndələri binaların dağılacağı və yanğının baş verə biləcəyi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. 

İngilis versiyası Powerful 6.6 quake hit Japan

Son xəbərlər

Orphus sistemi