Yuxarı

​Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Yeraltı təkanların episentri Tokiodan 1200 km cənub-şərqdə və Oqasavara adasından 240 kilometr cənubda olub

Bakı. 4 avqust. REPORT.AZ/ Yaponiyanın Kadzan adasında 6,1 bal gücündə zəlzələ baş verib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Honkonq Meteoroloji rəsədxanası məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Tokio şəhərindən 1200 km cənub-şərqdə və Oqasavara adasından təxminən 240 kilometr cənubda olub.

Dağıntı və tələfat haqqında məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi