Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5 bal gücündə zəlzələ baş verib "Fukusima-1" atom elektrik stansiyasının fəaliyyəti ilə bağlı problem yaranmayıb
Digər ölkələr
14 Avqust , 2015 05:10
Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

Bakı. 14 avqust. REPORT.AZ/ Yaponiyanın şimal-şərqində bu səhər 5,0 bal gücündə zəlzələ baş verib.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Fukusima prefekturası olub. Zəlzələ ümumilikdə 15 prefekturada hiss edilib.

2011-ci ilin mart ayında Yaponiyada baş vermiş dağıdıcı sunami zamanı qəzaya uğrayan "Fukusima-1" atom elektrik stansiyasının fəaliyyəti ilə bağlı problem yaranmayıb.

Sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər

Orphus sistemi