Bakı. 1 avqust. REPORT.AZ/ Yaponiyada 5,5 bal gücündə zəlzələ olub.
"Report"un məlumatına görə, bu barədə TASS agentliyi xəbər verib.
Bildirilib ki, yeraltı təkanlar ölkənin şimal-şərqində qeydə alınıb. Ölkənin Meteoroloji İdarəsinin məlumatına görə, zəlzələnin episentri İbaraki prefekturasında, 10 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilsə də, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Güclü yeraltı təkanlar paytaxt regionu da daxil olmaqla, Honsü adasının mərkəzi və şimal-şərq hissəsində hiss olunub.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.