Yaponiyada 30 nəfər istivurmadan xəstəxanaya yerləşdirilib

Yaponiyada 30 nəfər istivurmadan xəstəxanaya yerləşdirilib Yaponiyada 30 nəfər istivurmadan xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
10 İyun , 2020 13:00
Yaponiyada 30 nəfər istivurmadan xəstəxanaya yerləşdirilib

Yaponiyada 30 nəfər istivurmadan xəstəxanaya yerləşdirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan ikisinin vəziyyəti ağırdır.

Bildirilib ki, isti hava şəraitindən halı pisləşənləri Tokiodakı xəstəxanalardan birinə yerləşdiriblər. Onların yaş həddi 25-99 arasındadır.

Tokio şəhər yanğınsöndürmə idarəsi kondisionerdən istifadə etməyi, tez-tez su içməyi və fiziki işdən yayınmağı tövsiyə edib. Mütəxəssislər isə öz növbəsində, insanlara məsafəni qorumaqla maskaları çıxarmağı məsləhət görüblər.

İyunun 10-da Tokioda havanın temperaturu 31 dərəcəyədək qalxıb. Daha yüksək temperatur Honsyuda 33 dərəcəyədək olub. Günün sonunadək havanın temperaturu Tokioda 32, Fukusima, Yamaqata və Naqanoda 34-36 dərəcəyədək yüksəlib.

Son xəbərlər

Orphus sistemi