Yaponiyada 2015-ci ildə hərbi xərclər rekord həddə çatacaq

Yaponiyada 2015-ci ildə hərbi xərclər rekord həddə çatacaq Yaponiyanın hərbi xərcləri 41,8 milyard dollar təşkil edəcək
Digər ölkələr
11 Yanvar , 2015 23:41
Yaponiyada 2015-ci ildə hərbi xərclər rekord həddə çatacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ Növbəti maliyyə ilində Yaponiyanın hərbi xərcləri rekord həddə artırılaraq 4,98 trilyon yen (təqribən 41,8 milyard dollar) təşkil edəcək. Bu barədə "Report" AzərTAc-a istinadən xəbər verir.

Yaponiya hökumətdəki mənbələr qeyd edir ki, gələn maliyyə ili üçün planlaşdırılan ölkə büdcəsində hərbi xərclər əvvəlki ildəkindən iki faiz çox olacaq.

2018-ci ilədək Yaponiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə əlaqədar ortavədəli plan hərbi xərclərin illik həcminin səkkiz faiz artırılmasını nəzərdə tutur və 2016-cı ildə bu xərclərin 5 trilyon yenə (təqribən 42 milyard dollardan çox) çatdırılması planlaşdırılır.

Agentlik bildirir ki, Yaponiyada hərbi xərclərin artırılması səbəbi kimi Çinin bu sahədə fəallaşması və xüsusən də Senkaku adaları ətrafında gərginliyin artması göstərilir.

Yaponiyanın hərbi gücünün artırılması nəticəsində ilk növbədə altı ədəd yeni nəsil “F35” qırıcı təyyarəsinin və beş “MV-22” Ospreyinin alınması nəzərdə tutulur. Bundan əlavə, ABŞ-ın Naqo şəhərindəki (Okinava prefekturası) Futenma hərbi bazasının köçürülməsi üçün 150 milyard yen (1,2 milyard dollar) lazımdır.

Yaponiyada hərbi xərclərin artırılmasına 2013-cü ildə, Baş nazir Şinzo Abe 2012-ci ilin dekabrında hakimiyyətə qayıtdıqdan sonra başlanılıb.

Son xəbərlər

Orphus sistemi