Yaponiyada 140 bina yanıb

Yaponiyada 140 bina yanıb 273 binadan 586 nəfər təxliyə edilib
Digər ölkələr
22 Dekabr , 2016 19:50
Yaponiyada 140 bina yanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Yaponiyanın Xonsyu adasının qərbində Niiqata əyalətinin İtoiqava şəhərində 140-dan çox bina yanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, yanğın şəhərdəki Çin restoranından başlayıb. Bundan sonra yanğın qonşu binalara keçib.

Xəbərə görə, 273 binadan 586 nəfər təxliyə edilib. Yanğın baş verən rayonda təshil müəssisələri bir günlüyünə bağlanıb. Yanğın nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilib. Onların həyatı üçün təhlükə yoxdur. 

Son xəbərlər

Orphus sistemi