Yuxarı

​Yaponiyada 100 mindən çox insan hökumət əleyhinə etiraza çıxıb

Nümayişçilər hökumətin xaricə qoşun göndərmək planına qarşı çıxıblar

Bakı. 30 Avqust. REPORT.AZ/ Bu gün Yaponiyanın bir sıra şəhərlərində hökumətin yeni hərbi doktrina qəbul etmək planlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

“Report” xəbər verir ki, paytaxt Tokioda nümayişçilər qanun layihəsinə etiraz etmək üçün parlament binası qarşısına toplaşıblar.

Layihəyə əsasən, Yaponiya ordusu xaricdə hərbi əməliyyatlarda iştirak edə biləcək. Hazırki Yaponiya konstitusiyası yalnız ölkənin təhlükəsizliyinə birbaşa təhlükə yarandıqda bunu qadağan etmir.

Təşkilatçıların məlumatına görə, yalnız Tokioda etiraz aksiyasında təqribən 120 min nəfər iştirak edib.

Etirazçılar baş nazir Sindzo Abeni istefa verməyə çağırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi