Yaponiya XİN: “Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyik”

Yaponiya XİN: “Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyik” Yaponiya Ukraynaya görə Rusiyaya sanksiya təzyiqini davam etdirəcək.
Digər ölkələr
19 Yanvar , 2024 12:51
Yaponiya XİN: “Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyik”

Yaponiya Ukraynaya görə Rusiyaya sanksiya təzyiqini davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının addımları beynəlxalq nizamın əsaslarını sarsıdır, ona görə də göstərmək lazımdır ki, regionda status-kvo güc yolu ilə dəyişdirildikdə belə addımların bir bədəli var.

“Yaponiya beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı və Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirəcək. Enerji sektoruna gəlincə, G7 liderlərinin görüşünün nəticələrinə əsasən ölkəmiz Rusiyanın enerji resurslarından, o cümlədən neft və kömürdən müstəqillik əldə etməyə çalışacaq”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi