Yaponiya ilə Yeni Zellandiya ABŞ-Avstraliya təlimlərində iştirak edir

Yaponiya ilə Yeni Zellandiya ABŞ-Avstraliya təlimlərində iştirak edir Ekspertlər hesab edir ki, bu iki ölkənin təlimlərə maraq göstərməsi Çinin artan hərbi gücü ilə izah olunur
Digər ölkələr
5 İyul , 2015 11:43
Yaponiya ilə Yeni Zellandiya ABŞ-Avstraliya təlimlərində iştirak edir

Bakı. 5 iyul. REPORT.AZ/ Avstraliyanın şimalında başlayan genişmiqyaslı hərbi təlimlərə ABŞ birlikləri ilə yanaşı Yaponiya və Yeni Zellandiya hərbçiləri də qatılıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ və Avstraliyanın ildə iki dəfə təşkil etdiyi "Talisman Saber" adlı genişmiqyaslı təlimlərə, Yaponiya və Yeni Zellandiya ilk dəfədir ki iştirak edir.

Ekspertlər hesab edir ki, bu iki ölkənin təlimlərə maraq göstərməsi Çinin artan hərbi gücü ilə izah olunur.

Qeyd edək ki, hazırda Pekin mübahisəli Cənubi Çin dənizində öz mövcudluğunu artırmaqda davam edir.

Belə ki, Çinə aid gəmilər Spratli adalarında aktiv fəaliyyət göstərərək mərcan rifi ətrafında süni ada yaradırlar. Burada iri adanın yaranması ilə Çin orada hərbi baza yerləşdirərək regionda qüvvələr balansını kəskin şəkildə dəyişə bilər.

Son xəbərlər

Orphus sistemi