Yaponiya və Avstraliyanın Baş nazirləri terrorizmə qarşı mübarizə əzmini təsdiq ediblər

Yaponiya və Avstraliyanın Baş nazirləri terrorizmə qarşı mübarizə əzmini təsdiq ediblər Yaponiya və Avstraliya liderləri Antalyada görüşərək fikir mübadiləsi aparıblar
Digər ölkələr
15 Noyabr , 2015 20:39
Yaponiya və Avstraliyanın Baş nazirləri terrorizmə qarşı mübarizə əzmini təsdiq ediblər

Bakı. 15 noyabr. REPORT.AZ/ Yaponiyanın Baş naziri Şinzo Abe və Avstraliya hökumətinin başçısı Malkolm Ternbull bəyan ediblər ki, hər iki ölkə terrorizmlə mübarizə məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq etmək əzmindədir. Hökumət başçıları bu məsələnin G20 sammitində müzakirəyə çıxarılmasının tərəfdarı olduqlarını bildiriblər.

Yaponiya və Avstraliya liderləri noyabrın 15-də Türkiyənin kurort şəhəri Antalyada G20 sammiti ərəfəsində görüşərək fikir mübadiləsi aparıblar.

Ş.Abe bildirib ki, Parisdə törədilmiş terror aktları Yaponiya və Avstraliyanın yüksək qiymətləndirdiyi və müdafiə etdiyi dəyərlərə qarşı təhdiddir. Ş.Abe, həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət birləşərək bu hücumları pisləməlidir.

M.Ternbul isə öz növbəsində bildirib ki, bu hücumlar yalnız Parisə deyil, bütün azadlığa inananlara qarşı yönəldilib. O, həmçinin deyib ki, Avstraliya Fransa ilə birlikdə terrorizmə qarşı mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi