Yaponiya və ABŞ ticarət danışıqlarını başa çatdırıb

Yaponiya və ABŞ ticarət danışıqlarını başa çatdırıb Yaponiya və ABŞ ticarət razılaşmasının bağlanması üzrə danışıqları tamamilə qurtarıb.
Digər ölkələr
24 Sentyabr , 2019 07:53
Yaponiya və ABŞ ticarət danışıqlarını başa çatdırıb

YaponiyaABŞ ticarət razılaşmasının bağlanması üzrə danışıqları tamamilə qurtarıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqların final raundunun nəticəsinə əsasən Yaponiyanın xarici işlər naziri Tosimisu Moteqi jurnalistlərə bildirib.

Yaxın vaxtlara qədər ölkə iqtisadiyyatının bərpası üzrə nazir vəzifəsini icra etmiş Tosimisu Moteqi "danışıqlar tamamilə başa çatıb", - deyə vurğulayıb. O, əlavə edib ki, təfərrüatlar yaxın günlərdə elan ediləcək.

Güman edilir ki, ticarət razılaşmasının nəticəsini bu gün BMT Baş Assambleyasının sessiyasında danışıqlar aparacaq Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp rəsmən elan edəcəklər.

Qeyd edək ki, Yaponiya və ABŞ apreldən yeni formatda ticarət danışıqları aparırdı.

Son xəbərlər

Orphus sistemi