Yaponiya Ukraynaya çətin qışa hazırlaşmağa kömək edəcək

Yaponiya Ukraynaya çətin qışa hazırlaşmağa kömək edəcək Yaponiya hökuməti qarşıdan gələn qış dövrünə hazırlaşmaqda Ukrayna hakimiyyətinə dəstək verir.
Digər ölkələr
26 Oktyabr , 2022 02:12
Yaponiya Ukraynaya çətin qışa hazırlaşmağa kömək edəcək

Yaponiya hökuməti qarşıdan gələn qış dövrünə hazırlaşmaqda Ukrayna hakimiyyətinə dəstək verir.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Berlində keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq ekspert konfransının iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, Yaponiya hökuməti məcburi köçkünlərə ərzaq və tibbi xidmət göstərməklə yanaşı, Ukrayna hakimiyyətinə çətin qışa hazırlaşmaqda, xüsusən də ölkəyə istilik cihazları və isti paltarlar göndərməklə kömək edir:

“Bundan əlavə, biz “Fukusima-1” AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı əldə edilmiş zədələnmiş obyektlərin sökülməsi və bərpası sahəsində öz təcrübəmizi Ukrayna ilə bölüşürük. Gələn il Yaponiya Yeddilik Qrupunun (G7) sədri kimi dünya ictimaiyyətinə sülhün tezliklə bərqərar olması və Ukraynanın bərpası problemlərinin müzakirəsinə rəhbərlik etmək niyyətindədir”.

Son xəbərlər

Orphus sistemi