Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb

Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb Yaponiya hakimiyyəti Ukraynaya təmənnasız yardım formasında 470 milyon dollar ayırmağa qərar verib.
Digər ölkələr
22 Mart , 2023 08:26
Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb

Yaponiya hakimiyyəti Ukraynaya təmənnasız yardım formasında 470 milyon dollar ayırmağa qərar verib.

"Report" "Nikkei" qəzetinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik", - hökumət başçısı bildirib.

Yaponiya lideri Kiyevə martın 21-də gedib. O, Ukraynaya Yeddilik Qrupu liderlərindən sonuncusu olaraq səfər edib.

“Gündoğar ölkə” bu il G7-yə sədrlik edir və may ayında Xirosimada sammitə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalıb. Kişida Zelenskini videobağlantı vasitəsilə sammitdə iştiraka dəvət edib.

Son xəbərlər

Orphus sistemi