Yuxarı

Yaponiya terrorçulara qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil

Yaponiya humanitar sahədə qaçqınlara yardım göstərilməsi ilə terrorizmlə mübarizə aparacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Yaponiya terrorizmə qarşı beynəlxalq mübarizədə hərbi əməliyyatlar keçirmək və ya onlara qoşulmaq niyyətində deyil. Uzaq Şərq ölkəsi yalnız zərərçəkənlərə humanitar yardım edəcək.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ölkənin baş naziri Sindzo Abenin mətbuat katibi Yasuhisa Kavamura xəbər verib.

"Yaponiyanın bu çağırışla (terrorizmlə - red.) mübarizədə öz yolu və baxışı var. Bu, humanitar missiya olacaq. Əvvəllər də belə etmişik, yenə də bu yola davam edəcəyik", - Kavamura deyib.

O, Yaponiyada "humanitar missiya" dedikdə qaçqınlara yardım edilməsinin, onlar üçün iş yerlərinin yaradılmasının nəzərdə tutulduğunu da dəqiqləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi