Yaponiya şahzadəsi Ayako ailə qurub - FOTO

Yaponiya şahzadəsi Ayako ailə qurub - FOTO Bakı. 29 oktyabr. REPORT.AZ/ Yaponiya şahzadəsi Ayako və onun seçdiyi Key Moritanın nikah mərasimi Tokioda Meidzi məbədində keçirilib.
Digər ölkələr
29 Oktyabr , 2018 12:27
Yaponiya şahzadəsi Ayako ailə qurub - FOTO
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Yaponiya şahzadəsi Ayako və onun seçdiyi Key Moritanın nikah mərasimi Tokioda Meidzi məbədində keçirilib.

Bu barədə "Report" Yaponiyanın "Mayniçi" nəşrinə istinadən xəbər verir.

"Gəlinin saç düzümü Heyyan dövrü (794-1185-ci illər - red.) üslubunda idi, o, qırmızı və yaşıl naxışlı ənənəvi paltar geyinmişdi. Bəy isə arxadan ətəyi olan frak geyinmişdi", - nəşr yazıb.

Qeyd edək ki, 28 yaşlı şahzadə Ayako 2002-ci ildə vəfat edən və Yaponiyanın imperatoru Akihitoun yaxın qohumu Norihitonun qızıdır. Ayakonun 32 yaşlı həyat yoldaşı zadəgan deyil, o, "Nippon Yusen" adlı iri gəmiçilik şirkətində çalışır.

Qəzet yazır ki, ənənəyə görə, imperator ailəsinin üzvləri ilə evlənən qadınlar avtomatik olaraq onun bir hissəsi olurlar. Eyni zamanda, Ayako kimi rəiyyət ilə evlənən qızlar isə tituldan imtina etməlidirlər.

Yerli KİV qeyd edir ki, toydan dərhal sonra dövlət Ayakonun əvvəlki statusuna uyğun həyat tərzini saxlaya bilməsi üçün ona 1,3 milyon dollar ödəyəcək.

Yeri gəlmişkən, 2017-ci ildə Yaponiyanın İmperator Evindən digər şahzadə Mako Akisinonun nişanlandığı bildirilmişdi. Onun da seçdiyi şəxs imperator ailəsindən deyildi. Amma sonradan Mako Akisino toyunu təxirə salıb.

Son xəbərlər

Orphus sistemi