Yaponiya sahillərində KXDR qayığı saxlanılıb

Yaponiya sahillərində KXDR qayığı saxlanılıb Bakı. 13 yanvar. REPORT.AZ/ Yaponiya sərhədçiləri bazar günü KXDR-dən üzüb gəldiyi ehtimal edilən 15 metrlik qayıqda olan iki balıqçını saxlayıblar.
Digər ölkələr
13 yanvar 2019 07:49
Yaponiya sahillərində KXDR qayığı saxlanılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Yaponiya sərhədçiləri bazar günü KXDR-dən üzüb gəldiyi ehtimal edilən 15 metrlik qayıqda olan iki balıqçını saxlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, gəmi Honsyu adasının Aomori prefekturasının Fukaura şəhəri sahilindən 1,5 km məsafədə aşkar edilib.

Bildirilir ki, şxun Yaponiyanın sahil mühafizə gəmisi tərəfindən yedəyə alınıb.

Balıqçıların öz ölkələrinə qayıtmaq istədikləri bildirilir. Hazırda onların deportasiya edilməsi məsələsinə baxılır.

Daha əvvəl İtaliyaya məxsus "Grande Tema" yük gəmisi miqrantlar tərəfindən ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi