Yaponiya sahillərində 7 şimali koreyalının meyiti tapılıb

Yaponiya sahillərində 7 şimali koreyalının meyiti tapılıb Onlar balıqçı qayığının içində olublar
Digər ölkələr
16 Yanvar , 2018 07:58
Yaponiya sahillərində 7 şimali koreyalının meyiti tapılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Yaponiyanın Kanadzava şəhəri sahilinə çıxan balıqçı qayığının içində şəxsiyyəti məlum olmayan və şimali koreyalı olduqları ehtimal edilən 7 nəfərin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən "Kiodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, ölənlərin meyitləri üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Ekspertlər cəsədləri yarmaq üsulu ilə heyət üzvlərinin ölümünün səbəbini öyrənmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi