Yaponiya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub

Yaponiya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub Sunami təhlükəsi elan olunmayıb
Digər ölkələr
25 Mart , 2018 19:42
Yaponiya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub

Bakı. 25 mart. REPORT.AZ/ Yaponiya sahillərində 6,1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi Tokio prefekturasının Xatidze yaşayış məntəqəsindən 50 km cənub-şərqdə və Honsyu adası sahillərinin 255 kilometrliyində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 40 km dərinliyində yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi