Yaponiya Rusiyadan olan 80-dən çox şəxsə və 9 təşkilata sanksiya tətbiq edib

Yaponiya Rusiyadan olan 80-dən çox şəxsə və 9 təşkilata sanksiya tətbiq edib Yaponiya Rusiyadan olan 80-dən çox şəxsə və 9 təşkilata qarşı sanksiyalar tətbiq edib.
Digər ölkələr
7 Oktyabr , 2022 10:10
Yaponiya Rusiyadan olan 80-dən çox şəxsə və 9 təşkilata sanksiya tətbiq edib

Yaponiya Rusiyadan olan 80-dən çox şəxsə və 9 təşkilata qarşı sanksiya tətbiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Yaponiyanın yeni sanksiyaları Çeçenistan rəhbəri Ramzan Kadırovun, müdafiə naziri Sergey Şoyqunun, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun, Baş nazir Mixail Mişustinin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, “Milli Media Qrupu” holdinqinin Direktorlar Şurasının rəhbəri Alina Kabayevanın, RT telekanalının baş redaktoru Marqarita Simonyanın və digərlərinin qohumlarına şamil olunur.

“Kalaşnikov” konserni, “UEC-Klimov” ASC, “Sozvezdie” Konserni ASC və “Ruselectronics” holdinqi də sanksiyalara məruz qalan təşkilatlar sırasındadır.

Bildirilir ki, bu qərar DPR, LPR, eləcə də Ukraynanın Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsinə cavab olaraq tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi