Bakı. 29 avqust. REPORT.AZ/ Yaponiya hökuməti çərşənbə axşamı Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
"Report" xəbər verir ki, iclas KXDR-nin növbəti raket buraxılışı ilə əlaqədar baş tutub.
Yerli KİV-in məlumatına görə, Yaponiya Şimali Koreya hökumətinə öz etirazını göndərib.
Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bildirib ki, bu cür hadisələr həm Yaponiyanın təhlükəsizliyi üçün, həm də Asiya-Sakit Okean regionu üçün çox ciddi təhlükədir.