Yaponiya qırıcısı ABŞ-ın hərbi bazasına qəza enişi edib

Yaponiya qırıcısı ABŞ-ın hərbi bazasına qəza enişi edib Havaya qalxdıqdan 20 dəqiqə sonra qırıcının hidravlik sistemində nasazlıq yaranıb
Digər ölkələr
29 Yanvar , 2018 15:51
Yaponiya qırıcısı ABŞ-ın hərbi bazasına qəza enişi edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Yaponiya Silahlı Qüvvələrinə məxsus “F-15” qırıcısı ABŞ-ın Okinavadakı Hərbi Hava Qüvvələrinin bazasına qəza enişi edib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində iki nəfər olub və onlar heç bir xəsarət almayıblar.

Məlumata görə, “F-15” təlim uçuşu edirmiş. Havaya qalxdıqdan 20 dəqiqə sonra qırıcının hidravlik sistemində nasazlıq yaranıb. Bundan sonra “F-15” Yaponiyanın Okinava yarımadasındakı ABŞ-ın hərbi bazasına enib. 

Son xəbərlər

Orphus sistemi